Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə “İsma Bikes”-ın satış mərkəzi fəaliyyətə başladı

02 fevral 2018 | 16:00

Azərbaycanın ilk milli velosiped brendi “İSMA BİKES”ın Şəmkir rayonunda sərgi-satış mərkəzi istifadəyə verilib.

“West Gate” alış-veriş cərgəsində yerləşən Mərkəzin açılış mərasimində Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qüdrət Əliyev, “Synergy Group” MMC-nin İcraçı direktoru İsmayıl Süleymanov, rayon sahibkarları, velospied həvəskarları iştirak ediblər.

Açlış mərasimində çıxış edən Qüdrət Əliyev bildirib ki, Şəmkirdə belə bir mərkəzin istifadəyə verilməsi rayonda velosiped idmanının inkişafına təkan verəcək: “Eyni zamanda belə bir Mərkəzin açılması Şəmkirdə gənc nəslin sağlam böyüməsi üçün də faydalıdır”.

Şəmkirdə “İsma Bikes” satış mərkəzinin fəaliyyətə başlaması velosiped həvəskarları tərəfindən böyük maraqla qarşılanıb.

Xatırladaq ki, ötən il dövlət başçısı cənab İlham Əliyevin iştirakı ilə açılış mərasimi həyata keçirilən İsmayıllı Velosiped Zavodunda “Made in Azerbaijan” brendi adı altında həvəskar və peşəkar idmançılar, həmçinin uşaqlar üçün müxtəlif tipli velosipedlər istehsal edilir. İllik istehsal gücü layihə üzrə 30 000 ədəd velosiped olan zavod açılarkən 3 əsas modeldə velosiped istehsal etməyə başlamış və cəmi bir neçə ay ərzində mühəndis konstruksiya işləri genişləndirilərərək modellərin sayı 50-yə çatdırılmışdır. Təkcə bir faktı qeyd etmək yerinə düşər ki, son 3 ayda zavodda 5000-ə yaxın velosiped istehsal edilib.

İsmayıllı Velosiped Zavodu Azərbaycanın ən iri özəl investisiya şirkətlərindən biri olan "Synergy Group"un tərkibində fəaliyyət göstərir.
“İsma Bikes” sərgi-satış mərkəzinin açılışında “Synergy Group” MMC-nin İcraçı direktoru İsmayıl Süleymanov tərəfindən “İSMA SYNERGY” velosipedi təqdim edildi.

Sərgi-satış mərkəzinin açılışında qeyd olundu ki, gələcəkdə bu cür mərkəzlərin ölkəmizin digər bölgələrində də açılması planlaşdırılır.

Keçidlər