Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir əhalisinin sayı açıqlandı

01 fevral 2018 | 16:00

Şəmkir əhalisinin sayı açıqlandı

Şəmkir rayonunun əhalisinin sayı 2018-ci ilin əvvəlində 214 min 460 nəfərə çatıb.

Ötən il rayonda 2897 nəfər körpə dünyaya gəlmiş və 1356 ölüm halı qeydə alınmışdır.

Bu dövrdə rayonda 1 yaşa çatmayan uşaq ölmü 1 nəfər olub.
Bu ilin yanvar-dekabr aylarında 308 nəfər rayonda qeydiyyata alınmış və qeydiyyatdan çıxanların sayı 139 nəfər olmuşdur. Əhalının təbii artımı +1541 nəfər, miqrasiya artımı +169 nəfər, ümumi artım rayon üzrə 1710 nəfər olub.

2017-ci ildə rayon əhalisinin sayı 2016-ci illə müqaisədə 1.9 min nəfər və ya 0.9 faiz artmışdır.

2017-ci ildə Vətəndaşların Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı orqanları tərəfindən 752 nigah, 162 boşanma halları qeydə alınmışdır.

 

Keçidlər