İcra nümayəndəliyi və bələdiyyənin yerləşdiyi binada təmir
01 fevral 2018 | 16:00
İcra nümayəndəliyi və bələdiyyənin yerləşdiyi binada təmir
Son dövrlərdə Şəmkir rayonunda aparılan abadlıq və yenidənqurma işlərinə xüsusi diqqət göstərilir. Bu sahədə yeni binaların, xidmət müəssisələrinin bərpası və yenilənməsi prosesi uğurla davam etdirilir.
Bu işlər tək rayon mərkəzində deyil, yerlərdə də uğurla icra edilir.
Bünun bariz nümunəsidir ki, bu yaxınlarda Şəmkir Rayon İcra Hakimiyyətinin Yeni Həyat İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi və kənd bələdiyyəsinin yerləşdiyi inzibati binada təmir-bərpa işləri başladılıb.
Hazırda binanın dam örtüyü yenilənir. Bu işlər bitdikdən sonra binanın daxilində və üz hissəsində təmir işləri aparılacaq.