Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir rayonunda kənd təsərrüfatının inkişafı qarşıda duran başlıca vəzifələrdəndir

01 fevral 2018 | 16:00

Şəmkir rayonunda kənd təsərrüfatının inkişafı qarşıda duran başlıca vəzifələrdəndir

Ölkənin iqtisadi və sosial həyatında olduğu kimi Şəmkir rayonunun da iqtisadi həyatında son illər müşahidə olunan surətli inkişaf 2017-ci ildə davam etmiş, istehsal və xidmət sahələrində qazanılmış uğurlar yüksək artım sürətini təmin etmişdir. Əldə olunmuş uğurları əyani nümayiş etdirən maktoiqtisadi göstəricilər rayonumuzun inkişaf surətinə görə öncüllər sırasında olduğunu göstərir. Son illərdə bir sıra ölkə əhəmiyyətli tədbirlərin Şəmkirdə həyata keçirilməsi rayonun sosial-iqtisadi həyatının daha da canlanmasına səbəb olmuş, davamlı inkişaf üçün əsaslı zəmin yaratmışdır.

Rayonun iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatı, sənaye, tikinti kimi istehsal sahələrində, eləcə də nəqliyyat, rabitə və ticarət kimi xidmət sahələrində sonillər əldə olunmuş nailiyyətlər davam etməkdədir.

Kənd təsərrüfatı

Şəmkir rayonu Respublikanın ən böyük kənd təsərrüfatı rayonlarındandır. Bu sahənin əhəmiyyətli dərəcədə inkişaf etdirilməsi qarşıda duran əsas məsələlərdən biridir.
Rayonun kənd təsərrüfatının əsas sahəsi əkinçilikdir.

Azərbaycan Respublikası regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında keçirilən tədbirlər planına uyğun olaraq rayonda əkinçiliyin inkişafına nail olmaq üçün xeyli işlər görülmüşdür. Respublikamızın hər yerində olduğu kimi Şəmkir rayonunda kənd təsərrüfatında ciddi islahatların aparılması regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurla həyata keçirilməsi nəticəsində 2017-ci təsərrüfat ilində rayonun aqrar sektorunda böyük irəlləyişə nail olunmuşdur.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” sərəncamına uyğun olaraq Şəmkir rayonu üzrə kənd təsərrüfatı məhsulları istehsalçılarına yardım edilmişdir.

Göstərilən qayğının nəticəsi olaraq 2017-ci təsərrüfat ilində əkin sahələrində, həmçinin əldə olunmuş məhsulun miqdarında əvvəlki illə müqayisədə xeyli artım baş vermişdir. Belə ki, ötən il 14129 hektar taxıl sahəsindən 43 min 152 ton məhsul istehsal olunmuşdur. Biçilən sahənin 8 min 304 hektarı buğda, 5 min 777 hektarı arpa qalan 48 hektarı isə vələmir olmuşdur. Cari ildə 26 min 822 ton buğda 16 min 233 ton isə arpa və 97 ton vələmir istehsal olunmuşdur.

2017-ci ildə 2 min 487 hektar dən üçün qarğıdalı sahəsindən 16 min 414 ton qarğıdalı istehsal olunmuşdur. Bundan başqa həmin il təkrar əkin kimi 65 hektar qarğıdalı sahəsindən 338 ton məhsul götürülüb. Cəmi il ərzində 16 min 752 ton dən üçün qarğıdalı yığılmışdır. Bu il 5 hektar lobya sahəsindən 9 ton lobya əldə edilib.
Ötən il Şəmkir rayonunda 2 min 92 hektar sahədə texniki bitkilər əkilmişdir ki, bunun 867 hektarı dən üçün günəbaxan, 1203 hektarı şəkər çuğunduru, qalan 22 hektarı isə yer fıstığıdır. Əkilmiş 867 hektar dən üçün günəbaxan sahəsində 1467 ton məhsul yığılmışdır. Bundan başqa texniki bitkilər sırasına daxil olan 22 hektar yer fıstığı sahəsindən 29,4 ton məhsul istehsal olunmuşdur. Cari ildə 1203 hektar şəkər çuğunduru əkilmiş sahədən 22 min 770 ton məhsul əldə olunmuşdur.

2017-ci ildə yeni salınmış 90 hektar bağlar və giləmeyvələri də daxil etməklə 3 min 137 hektar meyvə və giləmeyvə bağları mövcuddur. Mövcud sahənin 2 min 968 hektar meyvə verən yaşda olan bağlardır. Həmin sahələrdən 60 min 473 ton məhsul istehsal olunmuşdur.

Rayon ərazisində yerləşən 556 hektar üzüm bağının 538 hektarı meyvə verən yaşdadır. Cari ildə həmin sahələrdən 138 min 912 ton, əhali təsərrüfatlarında mövcud talvar üzümündən isə 82 min 852 ton məhsul yığılmışdır. Rayon üzrə cəmi 221 min 764 ton üzüm yığılmışdır.

Şəmkir rayonu üzrə bütün təsərrüfat kateqoriyaları üzrə 41 min 561 hektar sahədə payızlıq və yazlıq bitkilər əkilmişdir.

2017-ci ilin sonunda rayonda 29 min 430 hektar sahədə şum aparılmışdır. Bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2 min 685 hektar çoxdur. Qaldırılmış şumun 14 min 389 hektarında dən və yaşıl yem üçün payızlıqlar əkilmişdir. Belə ki, əkilən sahənin 12 min 201 hektarı buğda, 2 min 188 hektarı arpadır.

Keçidlər