Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə Fövqəladə Hallar Komissiyasının iclası keçirilib

29 yanvar 2018 | 16:00

Şəmkir Rayon Fövqəladə Hallar Komissiyasının yeni tərkibinin iclası keçirilib.

İclasın gündəliyinə əsasən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədovun 05 yanvar 2018-ci il tarixli, 01 nömrəli Sərəncamı ilə rayon Fövqəladə Hallar Komissiyası yeni tərkibdə təsdiq edilib.

İclasda komissiyanın sədri Şəmkir Rayon İcra Hakimiyyəti başçının birinci müavini Qüdrət Əliyev çıxış edərək bildirib ki, mülki müdafiə sahəsində tədbirlərin planlaşdırılması və həyata keçirilməsi, fövqəladə hadisələr zamanı əhalinin mühafizəsi və əhaliyə mülki müdafiənin öyrədilməsi sahəsində aparılan işlərin səmərəliliyi daha da artırılmalıdır. Qış mövsümündə baş verməsi ehtimal olunan, yolların buz bağlaması, qar yağması ilə əlaqədar avtomobil yollarında zəruri tədbirlər görülməsi, eyni zamanda qar və yağış sularının yarada biləcəyi fəsadların aradan qaldırılması məqsədi ilə Komissiya üzvlərinə aidiyəəti üzrə müvafiq göstərişlər verilib.

İclasda mülki müdafiə tədbirlərinin vaxtında və keyfiyyətli icra olunması, mülki müdafiə sahəsində maarifləndirmə işinin gücləndirilməsi, mülki müdafiə qüvvələrinin hazırlıq səviyyəsinin artırılması, əhalinin və işçilərin ehtimal olunan fövqəladə hadisələrin təsirindən qorunmasına və fövqəladə hadisələr zamanı xilasetmə və digər təxirəsalınmaz işlərin yerinə yetirilməsi müzakirə edilib.

Keçidlər