Şriftin ölçüsü :

Saytın rəngi :

Multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayevin Şəmkir rayonu ictimaiyyətinin nümayədnələri ilə görüşü keçirilmişdir.

21 may 2014 | 15:00

Şəmkir  şəhər  Heydər Əliyev adına Mərkəzdə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayevin  Şəmkir  rayonu ictimaiyyətinin nümayədnələri ilə görüşü keçirilmişdir.
Tədbirdən öncə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulmuş, sonra  rayon  ictimaiyyətinin, din xadimlərinin və ağsaqqalların iştirakı ilə tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Şəmkir  rayon  İcra hakimiyyətinin başçısı cənab  Nazim Veysov  qeyd etdiki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasət nəticəsində  ölkəmiz  müxtəlif dinlərə və mədəniyyətlərə  hörmət və təmkinlə yanaşması ilə dünyada tolerant bir ölkə kimi tanınmışdır. Bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu sahədə ciddi uğurlar əldə edilmişdir.
Dövlət müşaviri cənab Kamal Abdullayev millətlərarası, multikulturalizm və dini məsələlər sahəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi strateji hədəfləri açıqlayaraq Azərbaycanda dilindən və dinindən asılı olmayaraq hər bir vətəndaşının hüquq və azadlıqlarının qorunduğunu qeyd etdi.
Müzakirələrdə fəal iştirak edən rayon ziyalıları əldə olunmuş uğurlarla yanaşı öz təklif və istəklərini də bildirdilər.
Tədbirdən sonra Kamal Abdullayev Mərkəzi Cümə Məscidini ziyarət etmiş, Alman Lüteran Kilsəsinə baxış keçirmişdir.

Keçidlər