Şriftin ölçüsü :

Saytın rəngi :

“İlin Gənci” “Gənc Müəllimlər Birliyi”nin sədri seçildi

26 yanvar 2018 | 16:00

Son dövrlərdə Şəmkir Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonda bir sıra gənclərlə bağlı layihələr uğurla icra olunur.

Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə yaradılan “Gənc Həkimlər Birliyi”nin üzvləri kəndbəkənd gəzərək imkansız insanları müayinə edirlər. “Gənc Müəllimlər Birliyi” isə cavan və istedadlı kadrları bir yerə toplayaraq rayonda təhsili inkişaf etdirmək məqsədi daşıyır. Gənclərlə görülən işlərin bir parçası olan “Gənc Tərbiyəçilər Birliyi” də şəmkirli körpələrin sağlam və düzgün böyüməsi istiqamətində işlər görür.

Bütün yuxarıda qeyd etdiyimiz işlərin nəticəsidir ki, Şəmkirdə gənclər öz qabiliyyətlərini, bacarıqlarını anında göstərmək imkanı qazanıblar. Və rayon rəhbərliyi tərəfindən dəstək alırlar.

Bu gün “Gənc Müəllimlər Birliyi”nə yeni sədr və 9 gənc müəllimdən ibarət üzvlər seçilib.

Birliyin yeni sədri Şəmkir Rayon Təhsil şöbəsinin əməkdaşı İbrahimov Kənan Qabil oğludur.

Qeyd edək ki, Kənan İbrahimov 2017-ci ildə Şəmkir rayonunda ilin qalibləri nominasiyasında "İlin Gənci" seçilib.

Birliyin üzvləri isə aşağıdakılardır:
1. Gülnar Əhmədova
2. Tərlan Muxtarova
3. Nurlana Bağırova
4. Aytac Bayramı
5. Sevinc Orucova
6. Natiq Məmmədli
7. Nahid Məmmədov
8. İntiqam Rzayev

Keçidlər