Bu kəndlərdə icra nümayəndələrinin hesabat yığıncaqları keçirildi
Şəmkir rayon İcra Hakimiyyəti başçısının Yuxarı Seyfəli, Hacıalılar, Çaparlı, Yeni Həyat, Qaracəmirli, Qasım İsmayılov kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrinin 2017 – cı ilin yekunlarına dair hesabat yığıncaqları keçirilib.
Yuxarı Seyfəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndənin hesabat iclasında Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qüdrət Əliyev, Hacıalılar, Çaparlı İƏD üzrə nümayəndəlikdə başçının müavini -Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Fəxrəddin Vəliyev iştirak ediblər.
Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Sənan Quliyev isə Qaracəmirli İƏD üzrə nümayəndənin, rayon İcra Hakimiyyəti başçısı aparatında Memarlıq və Tikinti şöbəsinin müdiri Ramiz Rəhimov Yeni Həyat, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin əməkdaşı Rəşad Ramazanov isə Qasım İslmayılov İƏD üzrə nümayəndənin hesabat iclasında iştirak ediblər.
Kənd sakinləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların nümayəndələri iştirakı ilə keçirilən hesabat yığıncaqlarında Şəmkir rayon İcra Hakimiyyəti başçısının Yuxarı Seyfəli, Hacıalılar, Çaparlı, Yeni Həyat, Qaracəmirli, Qasım İsmayılov kəndlərinin inzibati ərazi dairəsi üzrə nümayəndələri məruzə ilə çıxış edib, hesabat dövründə görülən işlər haqqında ətraflı məlumat veriblər.