İrmaşlı kəndində hesabat yığıncağı keçirilib
Bu gün Şəmkir Rayon İcra Hakimiyyəti başçısının İrmaşlı kən inzibati ərazi dairəsi üzrə nümayəndəsi Musayev Mübariz Teyyub oğlunun hesabat iclası keçirilib.
İclasda Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, kəndin iş adamları, ənd sakinləri, ağsaqqallar, gənclər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Hesabat yığıncağında əvvəlcə icra nümayəndəliyinin 2017-ci ildə gördüyü işləri əks etdirən qısa film nümayiş olunub.
Daha sonra hesabat məruzəsi ilə çıxış edən İrmaşlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Mubariz Musayev 2017-ci ildə görülən işlərin yekunları,bütün sahələr üzrə görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.
M.Musayev bildirib ki, hesabat ili ərzində kənddə 9 yeni yaşayış evi tikilib, 4-ünün də tikintisi davam etdirilir.
Qarşıda duran vəzifələr haqqında da danışan Mubariz Musayev 2018-ci ildə görüləcək işlərlə bağlı qısa məruzə edib: “Növbəti hesabat ilində nümayəndəliyin qarşısında duran əsas vəzifə görüləcək işlərə hər olduğu kimi bu il də tərəfimizdən ciddi yanaşmaq və tapşırılan işləri yüksək məsuliyyətlə yerinə yetirməkdir. Eyni zamanda kəndin problemlərini aradan qaldırmaq üçün dayanmadan çalışacağıq. 2018-ci ildə qarşımızda duran başlıca işlərdən biri xaricdə fəaliyyət göstərən iş adamlarını kəndimizə cəlb etmək, rayon rəhbərliyinin köməyi ilə onların kəndimizdə sahibkarlıqla məşğul olmalarına dəstək olmaqdır.
Hesabatda çıxış edən İrmaşlı bələdiyyəsinin sədri Allahverdiyeva Lamiyə Vaqif qızı da kənd bələdiyyəsinin 2017-ci ildə gördüyü işlərdən və 2018-ci ildə qarşıda duran vəzifələrdən danışdı.
Hesabat iclasında çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov bildirb ki, Cənab Prezidentin 2017-ci ildə Şəmkir rayonuna səfəri rayonumuz üçün ötən ilin ən önəmli hadisəsidir.
İcra başçısı çıxışında ölkəmizin uğurla və hərtərəfli inkişaf etdiyini, bütün sahələrdə dinamik inkişafın təmin edildiyini bildirərək iqtisadi göstəricilərimizin müsbət olduğunu vurğulayıb və ötən müddət ərzində qeyri-neft iqtisadiyyatının artımını son illərdə aparılan siyasətin nəticəsi kimi xarakterizə edib.
Yığıncaqda ilə çıxış edən Alimpaşa Məmmədov bildirib ki, Respublikamızda aparılan sosial-iqtisadi inkişafa uyğun olaraq rayonumuzda da bu dövrdə ayrı-ayrı sahələrdə nailiyyərlər əldə olunmuş, ölkə rəhbərinin regionlarda aqrar sahənin, xüsusilə də baramaçılığın inkişaf etdirilməsi istiqamətində qarşımıza qoyduğu vəzifələrə uyğun olaraq kompleks tədbirlərin həyata keçirilməsinə başlanılmışdır.
İcra başçısı qeyd edib ki, Prezident İlham Əliyev cənablarının bölgələrə sərmayə qoyuluşu çağırışına qoşulan iş adamları üçün son dövrlər rayonumuz da ayrı-ayrı investorların maraq dairəsinə çevrilmişdir.