Şriftin ölçüsü :

Saytın rəngi :

“Hər il olduğu kimi 2018-ci ildə də Şəmkir rayonunun büdcəsi şəffaf istiqamətləndiriləcək”- Alimpaşa Məmmədov

24 yanvar 2018 | 16:00

.

“Hər il olduğu kimi 2018-ci ildə də Şəmkir rayonunun büdcəsi şəffaf istiqamətləndiriləcək”- Alimpaşa Məmmədov

Yanvarın 24-də Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədovun sədrliyi ilə Şəmkir rayonunun 2018-ci il üzrə büdcəsi müzakirə edilib.

İclasda rayon İcra Hakimiyyətinin əməkdaşları və büdcədən maliyyələşən təşkilatların rəhbərləri iştirak ediblər.

İclasda çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov bildirib ki, 2018-ci il üzrə rayonun büdcəsi Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan uğurlu iqtisadi siyasət nəticəsində əldə olunan nailiyyətlər zəminində tərtib edilib.

İcra başçısı qeyd edib ki, 2018-ci ildə rayonun büdcəsinin sosial yönümlülüyü əsas götürülüb:”Şəmkir rayonunun 2018-ci il üçün büdcəsi 16 milyon 608 min manat həcmindədir”.

İcra başçısı bildirib ki, hər il olduğu kimi 2018-ci ildə də əsas məqsəd rayon büdcəsinin doğru-dürüst xərclənməsinə ictimai nəzarəti gücləndirmək, şəffaflığı təmin etməkdir: “2018-ci ildə də rayonun büdcəsinin düzgün tənzimlənməsi, ayrılmış vəsaitin şəffaf istiqamətlənməsi üçün ciddi addımlar atılacaq”.

İclasda cənab Alimpaşa Məmmədov rayon büdcəsinin sosial yönümlü işlərə daha çox sərf ediləcəyini xüsusi vurğulayıb: “2018-ci ildə əsas məqsədimiz vəsaitin ən zəruri məqsədlər üçün istifadə olunmasını təmin etməkdir. Bunlar arasında Şəmkir şəhərində, Kür, Zəyəm və Çinarlı qəsəbələrində yerləşən jek evlərinin dam örtüklərinin dəyişdirilməsi, daxili imkanlar hesabına təmir ediləcək 8 saylı körpələr evi-uşaq bağçasının bərk və yumşaq inventarlarla təmin olunması vacib işlərdəndir. Eyni zamanda 2017-ci ildə Şəmkir şəhərində təmir edilən 3 saylı körpələr evi-uşaq bağçasında da işlərin 2018-ci ildə yekunlaşdırılması planlaşdırılır”.

 

Keçidlər