Şriftin ölçüsü :

Saytın rəngi :

16 may 2014-cü il tarixdə Şəmkir rayonu İcra Hakimiyyətinin Başçısı Nazim Veysovun dağ kəndlərinin sakinlərilə keçirdiyi görüş.

17 may 2014 | 15:00

Şəmkir rayon İcra Hakimiyyəti  Başçısı Nazim Veysov növbəti səyyari qəbulu Yeni Göyçə kəndində keçirmişdir.
        Keçirilən qəbulda rayonun dağ kəndləri zonasını əhatə edən Yeni Göyçə, Günəşli, Qaraqoyunlu, Varlı Həyat, Yuxarı Çaykənd, Aşağı Çaykənd  və  Dağ Cəyir kənd sakinləri,  inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri, hüquq mühafizə orqanları, rayonun idarə, müəssisə və  təşkilat rəhbərləri iştirak etmişdir.
         Dövlət başçısı tərəfindən ölkə əhalisinə xüsusən də qaçqın və məcburi köçkünlərə daim yüksək diqqət və qayğı göstərildiyini vurğulayan  Şəmkir rayon İcra Hakimiyyəti  Başçısı Nazim Veysov Prezident cənab İlham Əliyevin yürütdüyü məqsədyönlü daxili və xarici siyasətdən , əldə olunmuş uğurlardan danışmış, rayonda əhalinin sosial  rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən, respublikada və rayonda aparılan geniş tikinti – quruculuq, abadlıq işlərindən bəhs etmişdir.
         Ölkə başçısı cənab İlham Əliyevin vətəndaşların müraciətlərinə həssas münasibət göstərmək, problemlərini həll etmək  tapşırığının rayonda diqqət mərkəzində saxlanıldığını bildirən Nazim Veysov kənd sakinlərinin  şikayət və təkliflərini dinləmişdir.
        Səyyari qəbulda 127 nəfər iştirak etmiş, 9 nəfər müxtəlif məsələlərlə bağlı müracirət etmişdir.
       Vətəndaşlar tərəfindən qaldırılmış problemlərin əksəriyyəti rayon İcra Hakimiyyəti Başçısının  göstərişi ilə yerində həll olunmuş, digər məsələlərin həlli ilə bağlı aidiyyatı təşkilat rəhbərlərinə tapşırıqlar vermişdir.
       Səyyari qəbula gələn vətəndaşlar dövlət başçısının siyasətindən, ölkədə və rayonda aparılan tikinti quruculuq işlərindən, onlar üçün yaradılan imkanlardan və göstərilən qayğıdan razı qaldıqlarını bildirmişlər.

Keçidlər