Şriftin ölçüsü :

Saytın rəngi :

8 Noyabr – Zəfər Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib - 24 oktyabr 2025

24 oktyabr 2025 | 13:28
Şəmkir rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirildi.
Rayon İcra Hakimiyyəti başçısı Rəşad Tağıyevin də iştirak etdiyi aksiyada Şəmkir Şəhər Parkına rayonumuzun iqlim şəraitinə uyğunlaşdırılmış dekorativ ağaclar və kollar, yeni növ iynəyarpaqlı ağaclar əkildi.
RİH-in təşkilatçılığı ilə baş tutan aksiya çərçivəsində yaşıllıqlar salınan ərazidə abadlıq və təmizləmə işləri görüldü, yaşıllıqların suvarılması təmin edildi. Ərazinin nəzarətdə saxlanılması, salınan yaşıllıqlara mütəmadi qulluq göstərilməsi üçün müvafiq tədbirlərin bundan sonra davam etdirilməsi nəzərdə tutulur.
Zəfər bayramı münasibəti ilə keçirilən tədbir ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına töhfə vermək məqsədi daşıyır.
Qeyd edək ki, təsdiqlənmiş Tədbirlər Planına uyğun olaraq, bu gün Şəmkirdə 8 Noyabr - Zəfər Günü ilə bağlı silsilə tədbirlər keçirilir.
Keçidlər