Bu kəndlərdə icra nümayəndələrinin hesabat yığıncaqları keçirildi
19 yanvar 2018 | 16:00
Şəmkir rayon İcra Hakimiyyəti başçısının Keçili, Xuluf, Mehirli, Atabəy, Qapanlı, Muxtariyyat, Düzqışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrinin 2017 – cı ilin yekunlarına dair hesabat yığıncaqları keçirilib.
Kənd sakinləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların nümayəndələri iştirakı ilə keçirilən hesabat yığıncaqlarında Şəmkir rayon İcra Hakimiyyəti başçısının Keçili, Xuluf, Mehirli, Atabəy, Qapanlı, Muxtariyyat, Düzqışlaq kəndlərinin inzibati ərazi dairəsi üzrə nümayəndələri məruzə ilə çıxış edib, hesabat dövründə görülən işlər haqqında ətraflı məlumat veriblər.