Zəyəm Cırdaxanda 2017-ci ildə 21 yeni ev tikilib
Bu gün Şəmkir rayon İcra Hakimiyyəti başçısının Zəyəm Cırdaxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 2017 – cı ilin yekunlarıa dair hesabat yığıncağı keçirilib.
Hesabat yığıncağında Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.
Hesabat məruzəsi ilə çıxış edən Cəyəm Cırdaxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Abdullayev Bayram Məcid oğlu hesabat dövründə görülən işlər haqqında ətraflı məlumat verib.
A.Bayram məruzəsində bildirib ki, mütəmadi olaraq nümayəndəliyin ərazisinə qeydiyyata düşən və ərazidən qeydiyyatdan çıxan şəxslərə dair məlumatlar ev təsərrüfatlarının uçotu kitabına işlənilmiş, xarici ölkələrdə və respublikanın müxtəlif yerlərində yaşayan, hərbi xidmətdə olanların siyahıları dəqiqləşib.
İcra nümayəndəsi onu da qeyd edib ki, 2017-ci ildə Zəyəm Cırdaxan ərazisində 21 yeni ev tikilib, hazırda 14 evin də tikintisi davam etdirilir.
Daha sonra 2018-cü ildə görüləcək işlər barədə danışan Bayram Abdullayev Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədovun bütün işlərə ciddi nəzarət etdiyini və hər bir icra nümayəndəsinin qarşısında konkret vəzifələr qoyduğunu bildirdi:”Rayon rəhbərliyinin qayğısı ilə 2018-ci ildə görüləcək işlərə hər olduğu kimi bu il də tərəfimizdən ciddi yanaşılacaq və tapşırılan işləri yüksək məsuliyyətlə yerinə yetirəcəyik”.
Hesabatda çıxış edən Zəyəm Cırdaxan bələdiyyəsinin sədri İsmayılov Dilqəm Əli oğlu da kənd bələdiyyəsinin 2017-ci ildə gördüyü işlərdən və 2018-ci ildə qarşıda duran vəzifələrdən danışdı.
Hesabat iclasında çıxış edən Şəmkir rayon İcra Hakimiyyətinin Başçısı cənab Alimpaşa Məmmədov əsası Ulu Öndər tərəfindən qoyulan və bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən bütün istiqamətlərdə həyata keçirilən siyasi ,iqtisadi ,sosial yüksəliş strategiyasıdan danışdı.
İcra başçısı həmçinin qeyd edib ki, dövlət başçısının ölkədə işsizliyin tamamilə aradan qaldırılması istiqamətində qarşıya qoyduğu vəzifələrə uyğun olaraq, iş yerlərinin açılması üçün mövcud imkanlardan maksimum istifadə olunub.
2017-ci ildə Şəmkirdə yüzlərlə sahibkarlıq obyekti açılmışdır ki, bunun böyük əksəriyyəti daimi iş yerləridir. Bu gün rayonda işləmək istəyən özü üçün iş tapa bilər. Son iki il ərzində xüsusilə kənd təsərrüfatı, sənaye sahələrində çox böyük işlərin görüldüyünü nəzərə alsaq, Şəmkirdə işsizliyin və yoxsulluğun səviyyəsi daha da aşağı düşəcək.
Sonda cənab Alimpaşa Məmmədov ölkənin, onun regionlarının davamlı inkişafı prosesində Şəmkirin də bir çox uğurlara imza atdığını, rayonun ümumi sosial-iqtisadi inkişaf tempində öz mövqeyini qoruyub saxladığını diqqətə çatdırdı.