Şriftin ölçüsü :

Saytın rəngi :

2017-ci ildə Şəmkir şəhərində hansı işlər görülüb?

16 yanvar 2018 | 16:00

Bu gün Şəmkir rayon İcra Hakimiyyəti başçısı cənab Alimpaşa Məmmədovun iştirakı ilə Şəmkir şəhər inzibati ərazi dairəsi üzrə nümayəndənin 2017–cı ilin yekunlarına dair hesabat yığıncağı keçirilib.

Hesabat yığıncağında rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və şəhər sakinləri iştirak ediblər.

Hesabat məruzəsi ilə çıxış edən Şəmkir rayon İcra Hakimiyyəti başçısının Şəmkir şəhər inzibati ərazi dairəsi üzrə nümayəndə Quliyev Elşən Sabir oğlu hesabat dövründə görülən işlər haqqında ətraflı məlumat verib.

İl ərzində Şəmkir şəhərində 2017-ci ilin yekunları haqqında məlumat verən E.Quliyev bildirib ki, mütəmadi olaraq nümayəndəliyin ərazisinə qeydiyyata düşən və ərazidən qeydiyyatdan çıxan şəxslərə dair məlumatlar ev təsərrüfatlarının uçotu kitabına işlənilmiş, xarici ölkələrdə və respublikanın müxtəlif yerlərində yaşayan, hərbi xidmətdə olanların siyahıları dəqiqləşib.

Elşən Quliyev bildirib ki, Şəmkir şəhəri ərazisində yerləşən parkların, istirahət mərkəzlərinin və eyni zamanda küçələrin təmiz saxlanılması, yaşıllıqların qorunması üçün mütamadi tədbirlər görülür: "Bütün bu işlərlə yanaşı gələcəkdə şəhər ərazisində olan nöqsanların aradan qaldırılması, Şəmkir şəhərinin daha da gözəlləşməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik".

Hesabatda çıxış edən Şəmkir Bələdiyyəsinin sədri Həsənov Vuqar Zirəddin oğlu da məruzəsində Şəmkir Bələdiyyəsinin 2017-ci ildə gördüyü işlərdən və 2018-ci ildə qarşıda duran vəzifələrdən danışıb.

Digər məruzəçilər də sahələrinə uyğun olaraq 2017-ci ilin yekunları haqqında məlumat veriblər.

Hesabat iclasında çıxış edən Şəmkir rayon İcra Hakimiyyətinin Başçısı cənab Alimpaşa Məmmədov əsası Ulu Öndər tərəfindən qoyulan və bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən bütün istiqamətlərdə həyata keçirilən siyasi ,iqtisadi ,sosial yüksəliş strategiyasıdan danışıb.
İcra başçısı bildirdi ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın regionun lider dövlətinə çevrilməsi, beynəlxalq birlikdəki yerini möhkəmləndirməsi, söz sahibinə çevrilməsi dünya miqyasında qəbuledilən reallıqdır.

Cənab Alimpaşa Məmmədov həmçinin qeyd edib ki, Heydər Əliyev siyasi kursunu qətiyyətlə davam etdirən, atdığı hər addımda Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə və milli maraqların müdafiəsinə yönələn bir siyasi kursun daşıyıcısı olduğunu təsdiqləyən cənab İlham Əliyevin bu ilin keçiriləcək növbəti prezident seçkilərində də xalqın etimadını qazanacağı şübhəsizdir.

Cənab Alimpaşa Məmmədov ölkənin, onun regionlarının davamlı inkişafı prosesində Şəmkirin də bir çox uğurlara imza atdığını, rayonun ümumi sosial-iqtisadi inkişaf tempində öz mövqeyini qoruyub saxladığını diqqətə çatdırdı: “Son on ildə Şəmkir rayonunun sosial-iqtisadi həyatında əsaslı dəyişikliklər baş vermiş, əhalini narahat edən problemlərin həlli və infrastruktur layihələrinin yerinə yetirilməsi sahəsində mühüm tədbirlər həyata keçirilmiş, təhsil və digər sosial yönümlü obyektlər istifadəyə verilmiş, emal müəssisələri yaradılmış, Şəmkir şəhərinin su təchizatı sistemi yenidən qurulmuş, yeni avtomobil yolları çəkilmiş, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür. Ölkə Prezidenti cənab İlham Əliyevin Şəmkirə olan sevgisi sayəsində rayonumuz Azərbaycanın ən gözəl bölgələrindən birinə çevirilib”.

A.Məmmədov bildirib ki, İcra başçısı qeyd edib ki, Prezident İlham Əliyevin Respublikada sahibkarlığın inkişaf etdirilməsi, yerlərdə sahibkarlara əlverişli şərait yaradılması barədə tapşırıqları Şəmkir rayonunda da diqqət mərkəzində saxlanılır. Bü gün Şəmkirdə sahibkarların daha da yaxşı işləmələri, yeni iş yerləri açmaları, yerli istehsalı artırmaları üçün hər cür şərait yaradılır: “Sahibkarlığın inkişafı Azərbaycanda dövlət siyasətidir. Qeyri-neft sektorunun inkişafinda əsas təşəbbüskarlar da sahibkarlardır. Şəmkirdə sahibkarlığın inkişafı üçün əlimizdən gələni əsirgəməyəcəyik”.

Keçidlər