Şriftin ölçüsü :

Saytın rəngi :

“Almaniya bir rəssamın gözü ilə” rəsm sərgisində Şəmkir rayonu uğurla iştirak etmişdir.

16 may 2014 | 15:00

15 may 2014-cü il tarixində Şəmkir Rayon "Zəka" Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzinin gəncləri Almaniya Fedarativ Respublikasının Azərbaycandakı Səfirliyi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Berlin-Bakı Rəsm Qalereyası, Qız Qalası Rəsm Qalereyası, Standart İnsurance və AGBankın birgə ənənəvi təşkil etdiyi “Almaniya bir rəssamın gözü ilə” rəsm sərgisində iştirak etmişdir.
Sərginin açılışını Almaniyanın Azərbaycandakı səfiri etdi. Səfir qeyd etdi ki, bu ənənəvi keçirilən rəsm sərgisində bu il Şəmkir uğurlu əsərlərlə qatılıb və mən bundan cox məmnunluq hissi duyuram. Ardınca Qız Qalası Rəsm Qalereyasının direktoru rəssamları təbrik etdi və uğurlar arzuladı.
Sərginin hər ilki ənənəvi qaydasına uyğun olaraq 3 iştirakçı qalib seçildi və Almaniyanın Berlin şəhərinə bir həftəlik səyahət qazandı. Bu qaliblərdən lll yerə "Zəka" Gənclərin İntellektual İnkişaf və Yradıcılıq Mərkəzinin rəssamlıq dərnəyinin tələbəsi , Şəmkir şəhər Əhməd Cavad adına tam orta məktəbin VI sinif şagirdi Süleymanova Nərmin  Rauf qızı layiq görüldü.
Sonda uğurlu rəsm əsərlərlərinin müəllifləri sertifikatlarla təltif olundular və Zəkanın rəssamlıq dərnəyinin tələbələri də bu sertifikata layiq görüldülər.

Keçidlər