Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə Şəhidlər Xiyabanına ümumxalq ziyarəti olacaq

10 yanvar 2018 | 16:00

Bu gün Şəmkir Rayon İcra Hakimiyyəti başçısı aparatında rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədovun iştirakı ilə 20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə bağlı iclas keçirilib.

İclasda 20 Yanvar hadisələri ilə bağlı Şəmkirdə keçiriləcək konfrans, toplantı və mühazirələrin təşkili məsələləri müzakirə edilib.

Rayon ərazisində 20 Yanvar gününün Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizə rəmzi kimi qeyd olunması ilə bağlı tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Ən böyük tədbir isə Şəmkir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şəmkir şəhərində yerləşən 20 Yanvar abidəsinin qarşısında keçiriləcək.

Rayon ictimaiyyətinin yanvarın 20-də abidəyə və Şəmkir şəhərində yerləşən Şəhidlər xiyabanına ziyarətinin təşkili, saat 12:00-da isə şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Şəhidlər xiyabanına yürüş nəzərdə tutulur.

Keçidlər