Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirkənd İƏD üzrə nümayəndə 2017-ci ilin hesabatını verdi

09 yanvar 2018 | 16:00

Bu gün Şəmkir rayon İcra Hakimiyyəti başçısı cənab Alimpaşa Məmmədovun iştirakı ilə rayonun Sabirkən inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 2017–cı ilin yekunlarına dair hesabat yığıncağı keçirilib.

Hesabat yığıncağında rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və kənd sakinləri iştirak ediblər.

Hesabat məruzəsi ilə çıxış edən Şəmkir rayon İcra Hakimiyyəti başçısının Sabirkənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əbdülrəhimov İdris Əbdülrəhman oğlu hesabat dövründə görülən işlər haqqında ətraflı məlumat verdi.

İl ərzində kənddə görülən işlərdən danışan Ə.İdris bildirib ki, mütəmadi olaraq nümayəndəliyin ərazisinə qeydiyyata düşən və ərazidən qeydiyyatdan çıxan şəxslərə dair məlumatlar ev təsərrüfatlarının uçotu kitabına işlənilmiş, xarici ölkələrdə və respublikanın müxtəlif yerlərində yaşayan, hərbi xidmətdə olanların siyahıları dəqiqləşib.

Hesabatda çıxış edən Sabirkənd Bələdiyyəsinin sədri Əliyev Etibar da məruzəsində Sabirkənd Bələdiyyəsinin 2017-ci ildə gördüyü işlərdən və 2018-ci ildə qarşıda duran vəzifələrdən danışıb.

Hesabat iclasında çıxış edən Şəmkir rayon İcra Hakimiyyətinin Başçısı cənab Alimpaşa Məmmədov əsası Ulu Öndər tərəfindən qoyulan və bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən bütün istiqamətlərdə həyata keçirilən siyasi ,iqtisadi ,sosial yüksəliş strategiyasıdan danışdı.

İcra başçısı bildirdi ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın regionun lider dövlətinə çevrilməsi, beynəlxalq birlikdəki yerini möhkəmləndirməsi, söz sahibinə çevrilməsi dünya miqyasında qəbuledilən reallıqdır.

Cənab Alimpaşa Məmmədov həmçinin qeyd edib ki, Heydər Əliyev siyasi kursunu qətiyyətlə davam etdirən, atdığı hər addımda Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə və milli maraqların müdafiəsinə yönələn bir siyasi kursun daşıyıcısı olduğunu təsdiqləyən cənab İlham Əliyevin bu ilin keçiriləcək növbəti prezident seçkilərində də xalqın etimadını qazanacağı şübhəsizdir.

İcra Başçısı qeyd edib ki, Prezident İlham Əliyevin ölkədə işsizliyin tamamilə aradan qaldırılması istiqamətində qarşıya qoyduğu vəzifələrə uyğun olaraq, iş yerlərinin açılması üçün mövcud imkanlardan maksimum istifadə olunub.

Cənab Alimpaşa Məmmədov ölkənin, onun regionlarının davamlı inkişafı prosesində Şəmkirin də bir çox uğurlara imza atdığını, rayonun ümumi sosial-iqtisadi inkişaf tempində öz mövqeyini qoruyub saxladığını diqqətə çatdırdı: “Son on ildə Şəmkir rayonunun sosial-iqtisadi həyatında əsaslı dəyişikliklər baş vermiş, əhalini narahat edən problemlərin həlli və infrastruktur layihələrinin yerinə yetirilməsi sahəsində mühüm tədbirlər həyata keçirilmiş, təhsil və digər sosial yönümlü obyektlər istifadəyə verilmiş, emal müəssisələri yaradılmış, Şəmkir şəhərinin su təchizatı sistemi yenidən qurulmuş, yeni avtomobil yolları çəkilmiş, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür. Ölkə Prezidenti cənab İlham Əliyevin Şəmkirə olan sevgisi sayəsində rayonumuz Azərbaycanın ən gözəl bölgələrindən birinə çevirilib”.

A.Məmmədov bildirib ki, göürəl işlər bununla yekunlaşmayacaq. 2018-ci ildə də Şəmkirin inkişafı üçün əlindən gələni əsirgəməyəcək: “ 2017-ci ilin Şəmkir üçün ən mühüm hadisəsi ölkə Prezidenti cənab İlham Əliyevin rayonumuza səfəri oldu. Bu bizim üçün tarixi hadisədir. Cənab Prezidentin Şəmkir haqqında dedikləri isə bizi çox sevindirdi. Ölkə Prezidenti bildirdi ki, bu gün Şəmkirin inkişafına çox böyük diqqət göstərilir. Şəmkir gözəlləşir, abadlaşır və artıq ölkəmizin ən gözəl şəhərlərindən birinə çevrilib. Rayonda quruculuq işləri ilə yanaşı infrastruktur məsələləri də həll olunur".

Keçidlər