Şriftin ölçüsü :

Saytın rəngi :

Təsərrüfat kitablarının işlənməsi qaydaları müzakirə edilib

06 yanvar 2018 | 16:00

Şəmkir Rayon İcra Hakimiyyəti başçısı aparatında rayon mərkəzinə və qəsəbələrə verilən 2018/2022-ci illər üzrə ev təsərrüfatların uçotu kitablarının işlənməsi ilə əlaqədar seminar müşavirə keçirilib.

Seminarda Şəmkir Rayon İcra Hakimiyyəti başçısı aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rasim Mustafayev, Şəmkir şəhər, Çinarlı, Dəllər, Kür və Zəyəm qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərin əməkdaşları, Şəmkir Rayon Statistika İdarəsinin nümayəndələri iştirak ediblər.

Seminar müşavirədə çıxış edən Rasim Mustafayev şəhər və qəsəbə inzibati ərazi dairələrində təsərrüfatbaşına uçotun aparılmasına dair göstərişlər, ev təsərrüfatlarının uçotu kitabının aparılmasının ümumi qaydaları və digər mühüm məsələlər haqqında ətraflı məlumat verib.

Keçidlər