Şriftin ölçüsü :

Saytın rəngi :

2018-ci il də Şəmkir üçün uğurlu olacaq

04 yanvar 2018 | 16:00

Bu gün Şəmkir Rayon İcra Hakimiyyəti başçısı aparatında 2017-ci ilin yekunları, 2018-ci ildə qarşıda duran vəzifələrin icrası ilə bağlı iclas keçirilib.

İclası giriş nitqi ilə açan rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov kollektivi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibəti ilə təbrik edib.

İcra başçısı bildirib ki, Şəmkir rayonu üçün 2017-ci ili uğurlu hesab etmək olar: “Bizim ən böyük uğurumuz isə ölkə Prezidenti, cənab İlham Əliyevin rayonumuza səfəri və bu səfərdən xoş təssüratlarla ayrılmasıdır. İnanıram ki, 2018-ci il də Şəmkir rayonu üçün uğurlu il olacaq”.

Daha sonra iclasda 2018-ci ildə qarşıda duran vəzifələrin müzakirəsi aparılıb. Rayon İcra Hakimiyyətinin başçısı öz tövsiyyə və tapşırıqlarını verib.

Keçidlər