Şəmkir şəhidini "İlin Adamı" seçdi
31 dekabr 2017 | 16:00
Şəmkir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə möhtəşəm tədbir keçirildi.
Tədbirdə 2017-cı ildə Şəmkir rayonunun sosial-iqtisadi, mədəni, təhsil və idman sahəsində fərqlənənlərə fəxri fərman və kuboklar təqdim olunub.
Rayon İcra Hakimiyyətinin facebook səhifəsində səsvermə yolu ilə seçilən "İlin Adamı" nominasiyasında bütün şəmkirlilərin seçimi 2017-ci ilin fevral ayında cəbhədə gedən döyüşlərdə şəhid olan Şəmkir Rayonu Şeidlər kəndindən olan şəhid Xəlilov Xanoğlan İntizam oğlu oldu.
"İlin Adamı" kuboku N saylı hərbi hissənin zabiti Rasim Manafov tərəfindən təqdim edilib.