Mayın 9-da Faşizm üzərində Qələbənin 69-cu ildönümü münasibətilə Şəmkir rayon İcra Hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir Rayon şöbəsinin və N saylı hərbi hissənin təşəbbüsü ilə geniş tədbir keçir
10 may 2014 | 15:00
Tədbirdə Şəmkir rayon İcra Hakimiyyətinin Başçısı Nazim Veysov, N saylı hərbi hissənin komandiri general-mayor, Milli qəhrəman Rövşən Əkbərov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir Rayon şöbəsinin rəisi Həsrət İsmayılov və rayonun idarə, təşkilat rəhbərləri iştirak ediblər.
Tədbirdə Şəmkir rayon İcra Hakimiyyətinin Başçısı Nazim Veysov, Yeni Azərbaycan Partiyası Şəmkir rayon Təşkilatının sədri Fəxrəddin Vəliyev və Veteranlar çıxış etmiş, bayram təbriklərini və ürək sözlərini tədbir iştirakçılarına çatdırmışlar.
Tədbirdə N saylı hərbi hissənin orkestrinin iştirakı isə rayon sakinlərinə xoş təssurat bağışladı.