Ən gənc icra nümayəndəsi sakinlərə təqdim edildi
Ən gənc icra nümayəndəsi sakinlərə təqdim edildi
Gənclərlə iş sahəsində görülən tədbirlər Şəmkir rayonunda da uğurla icra edilir. Rayon rəhbərliyinin dəstəyi Şəmkir gəncliyinin inkişafına təkan verir, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynayır.
“Son illər gənclərin ölkənin mədəni, ictimai-siyasi, iqtisadi həyatında fəallığının artması dövlətimizin ortaya qoyduğu konsepsiyanın müvəffəqiyyətlə icrasının göstəricisidir. Dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı peşəkar kadrların yetişdirilməsindən, gənclərin cəmiyyətin bütün sferalarında iştirakından, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır”.
Bu sözləri Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov rayon İcra Hakimiyyəti başçısı aparatının Qapanlı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yeni təyinat alan Bəndərli Fəxri Xosrov oğlunu qəbul edərkən deyib.
Yeni təyinat alan gənci təbrik edən icra başçısı bildirib ki, gənclərin potensialından düzgün istifadə, bu istiqamətdə siyasətin doğru qurulması heç şübhəsiz ki, həmin dövlətin gələcəyinin sığortasıdır: “Gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx əlaqədədir”.
Görüşdən sonra Şəmkir Rayon İcra Hakimiyyəti Aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rasim Mustafayevin iştirakı ilə yeni kadr Qapanlı kəndində nümayəndəliyin kollektivinə və kənd sakinlərinə təqdim edilib.
Rasim Mustafayev Şəmkir rayonunda gənclərə ayrılan diqqətdən danışıb.