Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91- ci ildönümü ilə əlaqədar Şəmkir rayon İctimaiyyətinin yığıncağı keçirilmişdir.
Yığıncağı Şəmkir rayon İcra Hakimiyyəti Başçısının müavini Sona Əliyeva açıq elan edərək yığıncaq iştirakçılarını gündəliklə tanış etmış və bildirmişdir ki,
Ümummillii lider Heydər Əliyevin anadan olmasının 91-ci il dönümü ilə əlaqədar respublikamızın hər yerində olduğu kimi rayonumuzda da sislsilə tədbirlər davam etdirilir.
Bu münasibətlə rayonumuzda şahmat, voleybol, basketbol, bodubildinq, əlbəyaxa döyüş növü üzrə rayon açıq birinciliyi, güləş idman növü üzrə zona birinciliyi və Marş yürüşü idman yarışları təşkil olunmuşdur.
Həmçinin Ümummillii lider Heydər Əliyevin anadan olmasının 91-ci il dönümü səhiyyə, mədəniyyət və təhsil müəssisələrində təntənə ilə qeyd olunmuş, Ulu öndərin əziz xatirəsi anılmışdır. Elə bu gün də Ulu Öndərin adını daşıyan mərkəzdə Ümummilli liderimizin adı, tarixi xidmətləri xatırlanaraq, dövlət quruculuğu yolunda göstərdiyi misilsiz xidmətləri yad edilmiş,Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci il dönümü ilə əlaqədar məruzə hazırlanmışdır.
Məruzəni Şəmkir rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Qüdrət Əliyev iclas iştirakçılarna çatdırmışdır.
Məruzədən sonra Ümummilli liderin xatirəsinə həsr olunmuş sənədli film nümayiş olunmuş, filmin nümayişindən sonra tədbir 40 dəqiqəlik bədii hissə ilə davam etmişdir.