Şriftin ölçüsü :

Saytın rəngi :

Baramaçılığın inkişafı üçün yeni addımlar atılmaqdadır

20 dekabr 2017 | 16:00

Baramaçılığın inkişafı üçün yeni addımlar atılmaqdadır

Şəmkir rayonunda baramaçılığın inkişafı üçün vacib olan möhkəm yem bazasının yaradılması xüsusi diqqət mərkəzindədir və bu məqsədlə nəzərdə tutulan tədbirlər davam etdirilir.

Ölkəmizdə baramaçılığın inkişaf etdirilməsi üçün yeni intensiv tipli tut bağlarının salınması məqsədi ilə hələ ötən il Çindən Azərbaycana gətirilən tut tinglərinin 40 mini bölgü əsasında Şəmkir rayonuna göndərildi və rayonun kəndlərində əkildi.

Şəmkirə gətirilən tinglərin vaxtında əkilməsi üçün kənd sakinlərinin iştirakı ilə kütləvi iməciliklər təşkil edildi. Rayonun müxtəlif kəndlərinin ərazisində bələdiyyə və xüsusi mülkiyyətə aid boş torpaq sahələri ayrılıb və tinglərin iki gün ərzində əkilməsi təmin olundu.

Hazırkı mövsümdə də yeni tut bağlarının salınması və köhnə bağların bərpası üçün görülən işlər müvəffəqiyyətlə davam etdirilir.

Cari ildə rayon ərazisində 18 min tut tingi əkilib. Hazırkı mövsümdə də yeni tut bağlarının salınması və köhnə bağların bərpası üçün görülən işlər müvəffəqiyyətlə davam etdirilir. Bu günlərdə rayonun Bayramlı kəndində 2000 tut tingi əkilib və kümçülərin istifadəsinə verilib.

Gələcəkdə Şəmkir rayonunda 80 minə yaxın tut tinginin əkilməsi planlaşdırılır.

Bu il Şəmkirdə baramaçılıqla məşğul olan kümdarlar şəxsi təsərrüfatlarında mövcud olan 50mindən çox tut ağacı hesabına yüksək səviyyədə barama istehsal ediblər. Hazırda yeni salınan tut bağları hesabına gələn il Şəmkirdə barama istehsalının daha da inkişaf edəcəyi gözlənilir.

 

Keçidlər