Şəmkirin ən gənc icra nümayəndəsi
Şəmkirin ən gənc icra nümayəndəsi
Dövlətimizin prioritet sahələrin inkişafına hesablanan siyasi istiqamətlərindən biri də gənclər siyasətidir. Bu siyasət Şəmkir rayonunda uğurla icra edilir. Rayonda gənclər yüksək vəzifələrə təyin edilir, onlara özlərini cəmiyyətdə sübut etmələri üçün şəffaf şərait yaradılır. Belə gənclərdən biri də, Bəndərli Fəxri Xosrov oğludur.
Bəndərli Fəxri 1 yanvar 1993-cü ildə Şəmkir rayonun Qapanlı kəndində anadan olub. Gəncə Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsini bitirib. Azərbaycan Dövlət Aqrar Universitetində magistr dərəcəsini alıb.
Daha öncə Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Qapanlı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyində mühasib vəzifəsində çalışıb.
24 yaşlı gənc Şəmkir Rayon İcra Hakimiyyəti başçısı cənab Alimpaşa Məmmədovun 19 dekabr 2017-ci il tarixli 364 nömrəli əmrinə əsasən rayonun Qapanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi təyin edilib.
Şəmkir Rayon İcra Hakimiyyətinin kollektivi və bütün şəmkirlilər adından Bəndərli Fəxrini təbrik edir, gələcək işlərində uğurlar arzulayırıq!