Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə yeni "Sudan istifadə edənlər" birlikləri yaradılır.

19 dekabr 2017 | 16:00

Şəmkirdə yeni "Sudan istifadə edənlər" birlikləri yaradılır.

11 dekabr 2017-ci il tarixindən etibarən Şəmkir rayonunda "Sudan İstifadə edənlər" birliklərinin yenidən təşkili üçün seçkilər başlayıb.

Artıq bu günə qədər Şəmkir ərazisində seçki yolu ilə 5 "Sudan İstifadə edənlər" birliyi yaradılıb.

Bu günlərdə isə rayonun Əliyaqublu, Çaparlı, Məşədi Hüseynli kəndlərini birləşdirən yeni SİB yaradıldı. Daha bir "Sudan İstifadə edənlər" birliyi isə Muxtariyyat, Keçili, Xuluf kəndlərini özündə birləşdirdi.

Yeni SİB-lərin seçilməsində Şəmkir Rayon İcra Hakimiyyəti başçısı aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rasim Mustafayev, İcra Hakimiyyətinin məsul işçiləri, Şəmkir Suvarma Sistemləri idarəsinin əməkdaşları, Şəmkir rayon İcra Hakimiyyətinin qeyd olunan İƏD üzrə nümayəndələri, Bələdiyyə sədrləri, birliyin üzvüləri və həmin kəndlərin sakinləri iştirak ediblər.

İclasda eyni zamanda yeni yaradılan “Sudan istifadə edənlər" birliyinin idarə heyyətinə sədr və yeddi nəfərdən ibarət üzvlər seçilib.

İclasda çıxış edən Rasim Mustafayev bildirib ki,”Suvarılan torpaqların su ilə təminatının yaxşılaşdırılması məqsədi ilə idiyə qədər rayonun 66 yaşayış məntəqəsi üzrə 31 “Sudan istifadə edənlər” birliyi yaradılmışdır. Artıq bu birliklər yeni sistemdə fəaliyyət göstərməsi plalaşdırılır. Yeni qaydalara görə 31 “Sudan istifadə edənlər” birlikləri birləşərək yerində 15 yeni birlik yaradılacaq”.

Keçidlər