Şəmkir şəhərinə yeni icra nümayəndəsi təyin edildi
Şəmkir şəhərinə yeni icra nümayəndəsi təyin edildi.
Azərbaycanın ən gözəl şəhərlərindən biri olan Şəmkir şəhərinin yeni icra nümayəndəsi Quliyev Elşən Sabir oğludur.
Elşən Quliyev 10 mart 1974-cü ildə Şəmkir rayonunun Qaracəmirli kəndində dünyaya gəlib. Rusiya Daixili İşlər Nazirliyi nəzdində Sank-Peterburq Universitetinin hüquq fakültəsini bitirib.
Müxtəlif illərdə müxtəlif vəzifələrdə çalışan Elşən Quliyev 2010-cu ildən 2017-ci ilə kimi Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Aparatında Hüquq Şöbəsinin müdiri olub. Ailəlidir, 3 övladı var.
Quliyev Elşən Sabir oğlu Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədovun 18 dekabr 2017-ci il tarixli 361 nömrəli əmrinə əsasən Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Şəmkir şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi təyin edilib.
Şəmkir Rayon İcra Hakimiyyətinin kollektivi və bütün şəmkirlilər adından Elşən Quliyevi təbrik edir, gələcək işlərində uğurlar arzulayırıq!