Şəmkirdə cüdo üzrə beynəlxalq turnirə start verilib
Şəmkirdə cüdo üzrə beynəlxalq turnirə start verilib
Şəmkir Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş cüdo üzrə beynəlxalq turnir start götürüb.
Yarış Gənclər və İdman Nazirliyi, Azərbaycan Cüdo Federasiyası, Şəmkir rayon Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilir.
Turnirdə Azərbaycan, Litva, Türkiyə, Gürcüstandan olan ümumilikdə 120 idmançı iştirak edir.
Bu gün start götürən beynəlxalq turnirin açılış mərasimində Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov da iştirak edib.
Çıxış edən icra başçısı bildirib ki, son illər ölkəmizdə ölkə Prezidenti tərəfindən idmanın inkişafına göstərilən diqqət və qayğı geniş vüsət almışdır. Məhz bu uğurlu siyasətin nəticəsidir ki, 20 ildən artıq bir zamanda müstəqilliyini qazanan gənc bir dövlətin idman sahəsində də əldə etdiyi nailiyyətlər yüksək səviyyədədir.
Cənab Alimpaşa Məmmədov bildirib ki, Azərbaycan bütün idman növlərində artıq dünyada sözünü deməyi bacarıb: “Birinci Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edən ölkəmizin bu yarışları ən yüksək təşkilati səviyyədə keçirməsi bu sahədə inkişafdan xəbər verir. Bütün bu inkişafın təməlində Azərbaycan Prezidenti İlham Əliyev Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü və YUNESKO-nun xoşməramlı səfiri, ölkənin birinci xanımı Mehriban Əliyevanın sədrliyi ilə Təşkilat Komitəsinin yaradılması haqqında fərmanından doğan naliyətlər durur. Bütün bunlar deməyə əsas verir ki, Azərbaycanda idman və Olimpiya Hərəkatı uğurla inkişaf edir, yaxşı nəticələr əldə olunur və gələcəkdə böyük perspektivlər vəd edir”.
Rəsmi hissədən sonra beynəlxalq turnirin startı verilib.
Qeyd edək ki, hazırda davam edən turniri Azərbaycan Cüdo Federasiyası tərəfindən təyin olunmuş hakimlər heyəti idarə edir.