Şəmkirdə SİB-lər müasir tələblərə uyğun formalaşdırılır
Şəmkirdə SİB-lər müasir tələblərə uyğun formalaşdırılır.
Şəmkirdə "Sudan istifadə edənlər" birliklərinin yenilənməsi prosesi davam edir.
Bunun üçün rayonunda "Sudan İstifadə edənlər" biliklərinə sədr və üzvlər seçilir. Bu işlər isə yerli sakinlərin səsverməsi ilə aparılır.
Qısa zamanda Şəmkirdə seçki yolu ilə iki yeni birlik yaradılıb. Bu gün isə da bir "Sudan İstifadə edənlər" birliyi təşkil olunub.
Belə ki, ayrı-ayrılıqda rayonun Mahmudlu, Düzqışlaq, Təzəkənd, Yeniabad kəndlərində keçirilən seçkilərin nəticəsinə görə birliyə bir sədr və hər kənddən bir üzv seçilib. Ümumi seçimlərin nəticəsinə görə birliyin sədri Tağıyev Əli Nağı oğlu olub.
Daha bir SİB isə Şəmkirin Qaracəmirli və Qapanlı kəndlərinin “Sudan İstifadə edənlər” birliklərinin birləşməsindən yaranıb. Yerli sakinlərin səsverməsinə əsasən birliyin sədri Əmirxanov Elşən Fəxrəddin oğlu seçilib.
Seçimlərdə Şəmkir Rayon İcra Hakimiyyəti başçısı aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rasim Mustafayev, İcra Hakimiyyətinin məsul işçiləri, Şəmkir Suvarma Sistemləri idarəsinin əməkdaşları, yerli İƏD üzrə nümayəndələr, Bələdiyyə sədrlərii, birliyin üzvüləri və kənd sakinləri iştirak edib.