Balaca fidanlar məharətlərini göstərdilər- "Bağçamın təqdimatı"
14 dekabr 2017 | 16:00
Şəmkir rayonunda fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin iştirakı ilə "Bağçamın təqdimatı" başlığı altında layihə həyata keçirilir.
Layihə çərçivəsində növbəti təqdimatı Şəmkir rayonu Təzəkənd 3 saylı körpələr-evi uşaq bağçasının fidanları etdiblər.
Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Abdullayeva, Aparatın əməkdaşları, məktəb direktorları, "Gənc Müəllimlər Birliyi", "Gənc Həkimlər Birliyi" və "Gənc Tərbiyəçilər Birliyi"nin üzvləri, məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri və pedaqoji heyəti iştirak edib.