Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar Şəmkir Rayon Mərkəzi Xəstəxanasında keçirilmiş tədbir.

05 may 2014 | 15:00

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə  əlaqədar Şəmkir  rayonunda silsilə tədbirlər davam edir. Şəmkir Rayon Mərkəzi Xəstəxanasının kollektivi də Ulu Öndərin adını daşıyan mərkəzdə  Ümummilli liderimizin tarixi xidmətlərini xatırlamış, dövlət quruculuğu yolunda göstərdiyi misilsiz xidmətləri  yad etmiş və  Ulu öndərin əziz xatirəsi anılmışdır.
Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin Başçısının müavini Sona Əliyeva, Şəmkir RMX-nın baş həkimi Nurəddin Əhmədov öz çıxışlarında Ulu Öndərin səhiyyəyə göstərdiyi diqqət və qayğıdan və həkimlərə olan isti münasibətindən danışdılar. Tədbir Ulu Öndərin həyatından bəhs edən sənədli film  ilə yekunlaşdı.

Keçidlər