Şəmkirdə daha bir müasir sahibkarlıq obyekti istifadəyə verildi
Şəmkirdə daha bir müasir sahibkarlıq obyekti istifadəyə verildi
Son dövrlərdə Şəmkir rayonunda aparılan abadlıq və yenidənqurma işləri ilə yanaşı sakinlərə yüksək xidmət göstərən yeni müəssisələrin açılmasına da diqqətlə yanaşılır. Bu sahədə yeni ticarət obyektlərinin, xidmət müəssisələrinin bərpası və yenilərinin açılması prosesi uğurla davam etdirilir.
Şəmkir şəhərində müasir görkəmi ilə diqqət çəkən daha bir sahibkarlıq obyekti istifadəyə verilib.
Bu gün açlış mərasimi keçirilən Vinaldi ticarət kompleksi Şəmkir şəhəri Səməd Vurğun küçəsində yerləşir. Pərdə-tül satış mərkəzi müasir standartlara uyğun təchiz edilmiş və müştərilərə yüksək xidmət göstərmək üçün lazımi şərait yaradılmışdır.
Tədbirdə çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri Ramiz Rəhimov bildirib ki, yerlərdə bu cür müasir, yüksək parametrli xidmət sahələrinin yaradılıb sakinlərimizin ixtiyarına verilməsi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sahibkarlığın inkişafı üçün yaratdığı münbit şəraitin bariz nümunəsidir:
Bildirilib ki, Prezident İlham Əliyevin Respublikada sahibkarlığın inkişaf etdirilməsi, yerlərdə sahibkarlara əlverişli şərait yaradılması barədə tapşırıqları Şəmkir rayonunda da diqqət mərkəzində saxlanılır. Bü gün Şəmkirdə sahibkarların daha da yaxşı işləmələri, yeni iş yerləri açmaları, yerli istehsalı artırmaları üçün hər cür şərait yaradılır.
Sonda ticarət kompleksinin açılışını ifadə edən rəmzi qırmızı lent kəsildi və tədbir iştirakçıları burada yaradılan şəraitlə əyani tanış oldular.