Şriftin ölçüsü :

Saytın rəngi :

"Şəmkirdə baramaçılığın inkişafına xüsusi diqqət göstərilir" - Rasim Mustafayev

10 dekabr 2017 | 16:00

"Şəmkirdə baramaçılığın inkişafına xüsusi diqqət göstərilir" - Rasim Mustafayev

Dövlət başçısının rəhbərliyi ilə ötən illərdə ölkədə yaradılmış siyasi sabitliklə yanaşı, iqtisadiyyatın şaxələndirilməsi, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, sahibkarlığın inkişafı, eləcə də mövcud çağırışların tələblərinə uyğun çevik islahatlar sayəsində ölkə iqtisadiyyatı öz dayanıqlılığını möhkəmləndirir.

Ölkə iqtisadiyyatının əsas prioritetlərindən olan qeyri-neft sektorunun inkişafında mühüm nailiyyətlər əldə olunur, iqtisadiyyatın diversifikasiyası qeyri-neft sektorunun inkişafını təmin etməklə, onun ümumi daxili məhsulda xüsusi çəkisinin əhəmiyyətli artımına səbəb olur. Bütün bunları Şəmkir rayonunun timsalında da aydın görünür.

Bu təşəbbüs bu günlərdə rayonun Yeni Həyat kəndində də davam etdirilib.

Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Aparatında Ərazi idaretmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rasim Mustafayev saytımıza açıqlamasında bildirib ki, bu gün Şəmkir rayonunda qeyri-neft sektorunun inkişafı üçün önəmli addımlar atılır. Rayonda kənd təsərrüfatının, sahibkarlığın inkişafına xüsusi diqqət ayrılır: "Məsələn, kənd təsərrüfatının yüksək gəlir gətirən sahələrindən olan baramaçılığın əvvəlki şöhrətini qaytarmaq üçün dövlət başçısının tapşırığına əsasən, ölkənin bütün bölgələrində olduğu kimi, Şəmkir rayonunda da bu sahəyə ciddi diqqət göstərilir. Belə ki, rayonda Çindən ölkəmizə gətirilmiş tinglərdən yeni tut bağları salınıb, 40 min tut tingi əkilib. Tut tinglərinin əkilməsi prossesi bu gün də davam etdirilir. Gördüyünüz kimi rayonun Yeni Həyat kəndi də bu təşəbbüsdən geri qalmayıb. Artıq bütün Şəmkirin kəndlərində tut tinglərinə rast gəlmək olar.

R. Mustafayev bildirib ki, növbəti ildə 80 minə yaxın tut tinginin əkilməsi nəzərdə tutulub. Hətta gələcəkdə bu rəqəmin daha da yüksəldilməsi planlaşdırılır".
Qeyd edək ki, bu səpindən gələcəkdə 100 minə yaxın çəkil ağacı tinginin yertişdirilməsi nəzərdə tutulur.

Keçidlər