Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu öndər Heydər Əliyevin əziz xatirəsi Şəmkirdə anıldı.

12 dekabr 2017 | 16:00

Müstəqil Azərbaycan dövlətinin memarı, ümummilli lider Heydər Əliyev xalqımızın taleyində əvəzsiz rol oynamışdır.

Respublikamız öz dövlət müstəqilliyi üçün məhz ulu öndərə borcludur.

O, Azərbaycanın bütün sahələrdə sürətli inkişafı, xalqın sosial həyat səviyyəsinin yüksəldilməsi, ölkəmizin bir dövlət kimi beynəlxalq aləmdə tanınması üçün qlobal işlər gördü. Ürəyi daim xalq üçün, Vətən üçün döyünən Heydər Əliyevin parlaq ideyaları bu gün də yaşayır və qalib gəlir, işıqlı sabaha, xoşbəxt gələcəyə gedən yolumuzu nurlandırır.

Dekabrın 12-də Şəmkirdə ümummilli lider Heydər Əliyevin anım günü ümumxalq məhəbbətinin təzahürünə çevrildi.

Rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Şəmkir şəhərinin mərkəzində yerləşən ümummilli liderin abidəsini ziyarət etdi və abidənin önünə gül dəstələri qoydu. Sonra icra aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının, ictimaiyyətin nümayəndələri, müəssisə və təşkilatların, orta ixtisas və ümumtəhsil məktəblərinin kollektivləri və on minlərlə şəmkirli abidənin önünə gül dəstələri düzdülər.

 

Keçidlər