Şriftin ölçüsü :

Saytın rəngi :

"Gənc Həkimlər Birliyi" çörəkçiləri müayinə etdilər

09 dekabr 2017 | 16:00

"Gənc Həkimlər Birliyi" çörəkçiləri müayinə etdilər

Respublikamız daimi olaraq ölkənin sosial-iqtisadi, mədəni, turizm və digər sahələri ilə yanaşı, səhiyyənin də inkişafına diqqət yetirir. Bu sahəyə göstərilən qayğı və həyata keçirilən tədbirlər, çoxşaxəli islahatlar öz müsbət nəticəsini verir və əhaliyə göstərilən tibbi xidmətin keyfiyyəti günbəgün artır.

Şəmkir Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə təsis edilmiş "Gənc Həkimlər Birliyi" Nəfis Çörək zavodunun işçilərinin tibbi müayinəsini həyata keçirib. Müayinə zamanı müxtəlif ixtisaslı həkim-mütəxəssislər aşkar olunan patologiyalara müvafiq olaraq xəstələrə tibbi təyinat və məsləhətlər veriblər.

Müayinədən keçən işçilər onların sağlamlıqlarının etibarlı şəkildə qorunması, xəstəliklərin erkən aşkar edilərək müalicəyə cəlb olunması məqsədi ilə keçirilən bu humanist tədbirləri yüksək qiymətləndirərək, Rayon İcra Hakimiyyətinə və "Gənc Həkimlər Birliyi"nə minnətdarlıqlarını bildiriblər.

Keçidlər