Şriftin ölçüsü :

Saytın rəngi :

"Vətənin müdafiəsinə hazıram! - Göstərdiyi dəstəyə görə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısına mükafat verildi

07 dekabr 2017 | 16:00

"Vətənin müdafiəsinə hazıram! - Göstərdiyi dəstəyə görə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısına mükafat verildi.

Bu gün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Şəmkir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilib.

Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə rəisi polkovnik Rasim Şirinov, Respublika Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvi Emin Həsənli, ictimaiyyət nümayəndələri, orta məktəblərin yuxarı sinif şagirdləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları iştirak ediblər.

“Vətənin müdafiəsinə hazıram!” hərbi vətənpərvərlik tədbirinin yüksək səviyyədə təşkilinə görə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Cənab Alimpaşa Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən mükafatlandırılıb.

Keçidlər