Şriftin ölçüsü :

Saytın rəngi :

Qədim Şəmkir qalasının sirləri ilə tanış oldular

04 dekabr 2017 | 16:00

Qədim Şəmkir Qalasında Azərbaycan Skautlar Asossasiyanın və Şəmkir Rayon İcra Hakimiyyətinin dəstəyi ilə skautların bir günlük fəalliyət planı həyata keçirilib.

Fəaliyyətin keçirilməsində məqsəd müxtəlif yaş qruplarında olan skautların Şəmkirdə yerləşən bu tarixi abidə ilə tanışlığı, skautların asudə vaxtlarının səmərəli təşkil edilməsi olub.

Təlimdə Şəmkir rayonundan 48 skaut və 3 nəfər təlimçi lider olmaqla 51 nəfər iştirak edib.

Əvvəlcə skautlar Şəmkir Qalası ilə yaxından tanış olublar. Bələdçilər onlara tarixi abidə haqqında ətraflı məlumat verib, qalanın antik dövrdə inşa edilməsi, böyük ipək yolu üzərində yerləşməsi və Şəmkir şəhərini kənar basqınlardan qorumaq məqsədi ilə tikilməsi qeyd olunub.

Skautlar qala ilə yaxından tanış olduqdan sonra onlar oxatma, eləcə də çadırların yığılıb-sökülməsi, ocaq növləri və başqa öyrədici və əyləncəli fəaliyyətlər həyata keçiriblər.

Azərbaycan tarixində xüsusi əhəmiyyətə malik olan Şəmkir Qalası ilə yaxından tanış olan skautlat müxtəlif praktiki və əyləncəli fəaliyyətlər həyata keçiriblər.
Skautlar bildiriblər ki, bu toplantı onların biliklərinin artırılmasına və asudə vaxtlarının daha da səmərəli keçirilməsinə səbəb oldu.

Azərbaycan Skautlar Asossasiyanın nümayəndələri yaratdığı şəraitə və göstərdiyi köməyə görə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədova öz təşəkkürlərini bildiriblər.

Keçidlər