Şriftin ölçüsü :

Saytın rəngi :

29 qollu dörd matç, "Şəmkir" 9 qolla qalib gəldi

01 dekabr 2017 | 16:00


Şəmkir birinciliyində qrup mərhələsi başa çatıb.

Tərtib olunmuş qrafikə əsasən qrupdan çıxan komandalar arasında ilk matçlar keçirilib.

Günün ilk oyununda “Zəyəm” komandası “Gənclərbirliyi”ni qəbul edib. Meydanda daha istəkli görünən qəsəbə futbolçuları rəqibini 4 dəfə meydanın mərkəzinə dəvət edib. Gənclər isə qapısında gördüyü bu qollardan cəmi ikisinin cavabını verə biliblər. Matç birincilərin 4:2 hesabılı qələbəsi ilə başa çatıb.
Günün ikinci matçında isə “Kür qəsəbə” futbolçuları “Dəllər Cırdaxan”ı sınağa çəkib. Bu qarşılaşma da bol qollu olub. Belə ki, matçı daha üstün keçirən qəsəbə futbolçuları 6:2 hesabı ilə qalib gəlməyi bacarıb.

“Qaryağdı” və “Qılıncbəyli”nin oyunu isə gərgin mübarizə şəraitində keçib. Meydanın hər qarışı üçün mübarizə aparılan matçdan şəhərlilər qalib ayrılmağı bacarıb. Çempionatın iddialılarından olan “Qaryağdı” rəqibinə 3:2 hesabı ilə qalib gəlib.

Turun son matçında “Şəmkir” “Seyfəli”ni qəbul edib. Bu matçda ev sahibi rəqibinə heç bir şans tanımayıb. Ötən il Azərbaycan çempionatının birinci divizionunda da oynayan futbolçulardan qurulmuş “Şəmkir” rəqib qapıçısnı 9 dəfə məyus edib. “Seyfəli” futbolçuları isə cəmi bir qol vurmağı bacarıblar. Beləliklə matç "Şəmkir"in 9:1 hesablı qələbəsi ilə başa çatıb.

Keçidlər