Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Həyat yollarına yeni həyat gəlir

30 noyabr 2017 | 16:00

Əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan iqtisadi inkişaf strategiyası hazırda onun layiqli davamçısı, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Keçən əsrin 90-cı illərinin ortalarından ölkəmiz özünün siyasi sabitlik və iqtisadi inkişaf mərhələsinə qədəm qoydu. Dünyanın nəhəng şirkətləri ilə bağlanan neft və qaz müqavilələri bir-birinin ardınca reallaşdırıldı. Nəticədə ölkəmizin iqtisadi imkanları ilbəil artdı.

Ölkədə infrastruktur layihələrin reallaşdırılması ictimai həyatın aparıcı sahələrinin yenidən qurulması məqsədilə Azərbaycanda həyata keçirilən sosialyönümlü layihələrin tərkib hissəsidir. Ölkə Prezidenti də haqlı olaraq davamlı sosial-iqtisadi inkişafın yeganə yolunu infrastrukturun yeniləşməsində, qabaqcıl texnologiyanın mənimsənilməsində görür və bu istiqamətdə əlindən gələni edir. Hazırda ölkəmizin bütün regionlarında irimiqyaslı layihələr başa çatdırılır, kəndlərin problemləri tədricən öz həllini tapır. Belə layihələrdən biri də Azərbaycan Kənd İnvestisiya Layihəsi (AzKİL) çərçivəsində ölkəmizdə görülən işlərdir.
Bu gün AzKİL Şəmkir rayonunda da müxtəlif layihələr həyata keçirir. Onlardan biri də rayonun Yeni Həyat kəndinin yollarında aparılan təmir bərpa işləridir. Hazırda Yeni Həyatda müasir texnikanın köməyi ilə kəndin yollarına çınqıl tökülür və düzləşdirilməsi işləri aparılır.

Bu gün Şəmkir Rayon İcra Hakimiyyət başçısı aparatında Ərazi İdaretmə və yerli özünüidaretmə orqanları üzrə iş şöbəsinin müdiri Rasim Mustafayev və şöbənin əməkdaşları Yeni Həyat kəndində AzKİL-in gördüyü işlərlə tanış olublar.

Kənd sakinləri görülən işlərə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə, AzKİL-ə və rayon rəhbərliyinə öz dərin təşəkkürlərini bildiriblər.

 

 

Keçidlər