Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə 4000 sakinin şəxsiyyət vəsiqəsi yeniləndi

29 noyabr 2017 | 16:00

Şəmkir Rayon Polis Şöbəsi və Şəmkir rayon İcra Hakimiyyəti Başçısının İnzibati ərazi dairələri üzrə nümayəndəliklərinin birgə təşkilatçılığı ilə kənd və qəsəbələrdə istifadə müddəti başa çatmış şəxsiyyət vəsiqələrinin dəyişdirilməsi prosesi başa çatıb. Məqsəd dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması sahəsində dövlət başçısının qarşıya qoyduğu vəzifələrin icrasını təmin etməkdir.

Vətəndaşlara yerlərdə yüksək səviyyədə xidmət göstərmək məqsədi ilə Şəmkir Rayon İcra Hakimiyyəti və Şəmkir Rayon Polis Şöbəsi müxtəlif tədbirlər həyata keçirir.

Bunlardan biri də vətəndaşlara şəxsiyyət vəsiqəsinin verilməsi və dəyişdirilməsi prosesidir. Bu prosesi Şəmkir rayonunda həyata keçirmək məqsədilə vətəndaşlara şəxsiyyət vəsiqəsinin verilməsi və dəyişdirilməsi üçün səyyar xidmətlər təşkil edir.

Şəmkir rayonu üzrə baş tutan tədbirlərdə ümumilikdə, 4000 sakinin sənədi qəbul edildi.

Onların əksəriyyəti şəxsiyyət vəsiqəsini yeniləyənlər və ilk dəfə alanlardır.

Bu prosesdə əsas məqsəd vətəndaş məmnunluğunu təmin etməkdir.

Ümumilikdə, bu tədbirlərdə qarşıya qoyulan əsas məqsədlərdən biri də vətəndaşlara şəxsiyyət vəsiqəsinin verilməsi və dəyişdirilməsi prosesini sürətləndirməkdir.

Şəmkir Rayon İcra Hakimiyyəti və Şəmkir Rayon Polis Şöbəsi tərəfindən gələcəkdə belə tədbirlər davam etdiriləcək.

Keçidlər