Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə ədliyyə işçilərinin peşə bayramı qeyd edilib

22 noyabr 2017 | 16:00

22 noyabr 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsi təsis edilib. Prezident Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli sərəncamı ilə 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilib.

Əsrə bərabər zəngin və şərəfli tarixi yol keçən Azərbaycan ədliyyəsinin yaranmasından 99 il ötür. Bu münasibətlə Şəmkir rayonunda tədbir keçirilib.

Şəmkir rayon İcra Hakimiyyəti başçısı cənab Alimpaşa Məmmədov, idarə və təşkilat rəhbərləri, Şəmkir Regional Ədliyyə İdarəsinin əməkdaşları müasir müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, Şəmkir şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoymuşlar.

Peşə bayramı günü münasibətilə bütün ədliyyə və məhkəmə orqanları işçilərini təbrik edən Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov əsrə yaxın şanlı tarixi olan Azərbaycan ədliyyəsinin ötən dövrdəki inkişaf yolundan, xüsusilə ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin bütün dövrlərində bu sahəyə göstərdiyi diqqət və qayğıdan bəhs edib.

Bildirib ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə son illər ölkəmizin davamlı tərəqqisinin, sabitliyin və təhlükəsizliyin təmin olunur, ədliyyə və məhkəmə sistemində aparılan uğurlu islahatlar aparılır.

 

Keçidlər