İnsan qəlbinin ən böyük nəğməsi Vətən nəğməsidir.
İnsan qəlbinin ən böyük nəğməsi Vətən nəğməsidir. Sonsuz ənginliklərə, doğma torpağa dikilmiş bütün məhəbbətli gözlər, hələ beşikdə çırpınan balaca körpələrimizin ürkək qəlbləri ancaq bu nəğməni zümzümə edir.
Bu nəğməni hərə bir cür oxuyur. Onu döyüş harayı, Koroğlu nərəsi, qılınc zərbəsi ilə də oxuyanlar olub. Bulaq pıçıltısı, qadın isməti, Nigar vəfası, Həcər sədaqəti ilə oxuyanlar da.
Vətənpərvərlik hissinin uşaqlarda körpə yaşlarından formalaşdırılmasını əsas tutan məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçiləri "Uşaq hüquqları aylığı" çərcivəsində üçrəngli bayrağımızı özündə əks etdirən kompozisiya təşkil ediblər.
Kompozisiyada Şəmkir şəhər bağçalarının körpələri iştirak edib.