Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir şəhidini andı

20 noyabr 2017 | 16:00

Bu gün Şəmkirin Şeidlər kəndində cəbhədə gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş, şəhid Xəlilov Xanoğlan İntizam oğlu ad günündə anılıb.

Anım mərasimində Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini -Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, rayon İcra Hakimiyyətinin əməkdaşları, YAP Şəmkir rayon təşkilatının fəalları və gənclər, Qarabağ Qaziləri, kənd sakinləri, şəhidin yaxınları, ictimai birliklərin nümayəndələri, rayon ziyalıları, ağsaqqallar iştirak edib.

Tədbir şəhid Xanoğlan Xəlilovun məzarı önündə keçirilib.

Əvvəlcə şəhidin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxış edənlər belə tədbirlərin keçirilməsinin gənclərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynadığını bildirib, Vətən uğrunda canlarını qurban vermiş şəxslərin ailələrinə dövlət tərəfindən hərtərəfli qayğı göstərilməsinə toxunaraq bu diqqətin gənclərin vətənpərvərlik və dövlətçiliyə sədaqət ruhunda tərbiyəsində müstəsna rol oynadığını diqqətə çatdırıblar.

Tədbirdə çıxış edənlər qəhrəmanın keçdiyi qısa, lakin mənalı və şərəfli həyat yolundan danışıb.

Keçidlər