Şəmkir "Gənc Həkimlər Birliyi" konfrans keçirib
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədovun təşəbbüsü ilə yaradılmış "Gənc Həkimlər Birliyi" "Uşaq xəstəlikləri ilə mübarizədə peyvəndin rolu" başlığı altında konfrans keçirib.
Konfransdan öncə Şəmkir Rayon Mərkəzi xəstəxananın baş həkimi Ayaz İbrahimov və birliyin üzviləri ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, abidəsinin önünə gül dəstəsi qoymuşlar.
Konfransda giriş nitqi ilə şıxış edən Şəmkir Rayon Mərkəzi Xəstəxananın baş həkimi Ayaz İbrahimov peyvəndlərin edilməsinin vacibliyindən danışıb: "Uşaqlarda olan infeksion xəstəliklər çox təhlükəli olub, bəzi hallarda çox ağır keçərək hətta ölümlə də nəticələnə bilərlər. Uşaq infeksion xəstəliklərinin profilaktikasında əsas tələbat peyvəndlərin aparılmasıdır. Peyvəndlərin edilməsi çox vacib hesab olunur. Onlar uşaqların sağlamlığını və həyatını xilas edir! Peyvəndlərdən imtina etmək olmaz! Peyvəndlər mümkün qədər peyvənd təqvimlərinə müvafiq olan vaxtlarda yerinə yetirilməlidirlər".
Daha sonra birliyin üzviləri olan gənc həkimlər Azərbaycanda uşaqların ən çox yoluxa biləcəyi xəstəliklər və onlara qarşı tətbiq olunan peyvəndlərdən danışıblar.