Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə İçtimai şura yaradılır

23 noyabr 2017 | 16:00

Bu gün Şəmkir Rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın iclası keçirilib.

İclasda Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov, rayonun idarə və müəssisə rəhbərləri, hüquq mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyəti başçısının şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri, Bələdiyyə sədrləri, Qeyri-hökumət təşkilatlarının və kütəvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.

İclası giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov Şura üzvləri və iclas iştirakçılarını salamlayaraq iclasın gündəliyindən məlumat verdi, rayonda gedən ümumi prosseslərdən danışdı. Daha sonra Şəmkir Regional Qeyri-hökümət Təşkilatlarının resurs və Təlim Birliyinin İctimai sədri Fuad Bədələov İctimai iştirakçılıq haqqında Azərbaycan Respublikasının Qanunu və Qanunda nəzərdə tutulmuş məqsədlərdən danışdı.

İclas Şəmkir Rayon Gənclər və İdman İdarəsinin rəisi Emin İsmayılovun nitqi ilə davam etdi. E.İsmayılov Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2017-ci il tarixli, 3236 saylı sərancamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2017-2021 -ci illərdə" Dövlət Proqramının icrası ilə əlaqədar görülmüş işlərdən və qarşıda duran vəzifələrdən bəhs etdi.

İclasda həmçinin, rayonun Qasım İsmayılov və Muxtariyyə kəndlərinin adlarının Ağ Lavaşlı və Qədim Qala adları ilə əvəz olunması, rayonda qış mövsümü ilə əlaqədar qarşıya çıxan problemlər və görüləcək işlərdən və yas mərasimlərində israfçı süfrələrin təşkil olunması ənənəsinə son qoyulması barədə geniş müzakirələr aparıldı.

Keçidlər