Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə forum keçirildi

24 noyabr 2017 | 16:00

Əmlak Məsələləri Dövlət Komitəsinin əməkdaşlarının iştirakı və Şəmkir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti tədbirlərinin səmərəliliyinin artırılması məqsədi ilə yerli icra hakimiyyəti orqanının və bələdiyyələrin nümayəndələrinin, habelə fiziki və hüquqi şəxslərin maarifləndirilməsi mövzusunda" işgüzar forum keçirilib.


Forumda Şəmkir Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndələri, Rayon İcra Hakimiyyəti başçısının şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri və Bələdiyyə sədrləri iştirak edib.

Forumda "Torpaqlardan istifadəyə və onların mühafizəsi dövlət nəzarətinin həyata keçirilməsini tənzimləyən normativ hüquqi aktlar, onların tələbləri, bu tələblərin pozulması halları və onları yaradan səbəb və şərait" barədə məruzələr dinlənilib.

Keçidlər