Şriftin ölçüsü :

Saytın rəngi :

Çeyrançöldə növbəti mövsüm üçün səpin aparılır

27 noyabr 2017 | 16:00

Şəmkir bələdiyyəsinin nəzdində yaradılan iri taxılçılıq və bitkiçilik təsərrüfatı olan Ceyrançöldə növbəti mövsüm üçün dənli bitkilərin səpini aparılır. Ötən illə müqayisədə əkin sahəsi 4 dəfə artıb.

8 min hektar əkin sahəsinin dövriyyəyə buraxıldığı Ceyrançöl Məhdud Məsuliyyətli Cəmiyyətində dənli bitkilərin səpininə 10 gündür ki, başlanılıb. Artıq ərazinin yarıdan çoxunda səpin başa çatıb. Əlverişli hava şəraitindən maksimum yararlanaraq səpinin vaxtında başa çatdırılması üçün sahələrə xeyli texnika cəlb olunub.
Mayıs Əzizov - Ceyrançöl MMC-nin direktoru: “Bu günədək 2500 ha sahədə səpin aparılıb. Hədəfimiz 4000 ha-a çatdırmaqdır. Bu istəqamətdə işlərimiz davam edir. Aqrotexniki qaydalara tam əməl olunur”.

Dənli bitkilərin əkininin nəzərdə tutulduğu 4000 ha sahədə şum işləri aparıldıqdan sonra səpilən toxumların keyfiyyətindən asılı olaraq məhsuldarlığın yüksək olacağı praqnozlaşdırılır.

Habil Rzayev – aqronom: “Almaniyadan aktyor sortu buğda gətirmişik. Onlar soyuğa və quraqlığa davamlıdır. Həmin toxmulardan yüksək keyfiyyətli un məhsulları hazırlanır”.

Ötən il Ceyrançöldə 1000 ha sahədə dənli bitkilər əkilib və 4000 ton məhsul əldə edilib. Orta məhsuldarlıq hektar üzrə 40 sentnerə yaxın olub.

Keçidlər