"Şəmkirlilər hər zaman Prezident İlham Əliyevin diqqət və qayğısını hiss edib"- Alimpaşa Məmmədov
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Şəmkir şəhərində içməli su təchizatının və kanalizasiya infrastrukturlarının yenidən qurulması məqsədilə layihənin icrasına başlayıb.
Görüləcək işlər Azərbaycan prezidenti cənab İlham Əliyevin Şəmkir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncamı çərçivəsində həyata keçiriləcək.
Şəmkir şəhərinin su və kanalizasiya sisteminin yenidənqurulması layihəsi üzrə görülməsi vacib olan işlər haqqında bu gün Şəmkir rayon İcra Hakimiyyəti başçısı aparatında toplantı keçirilib.
Toplantıda Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov, Azərsu ASC-nın layihə üzrə mühəndis İxtiyar Mehdiyev, “Akkord” ASC-nin tikinti üzrə direktoru Anar Məmmədov, aidiyyəti üzrə idarə və müəsissə rəhbərləri, Şəmkir Şəhərinin Ağsaqqallar Şürasının üzvləri iştirak ediblər.
İclasda çıxış edən Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov son illər Şəmkir şəhərinin əhalisinin artdığını, bu səbəbdən mövcud su və kanalizasiya şəbəkəsinin şəhəri tam əhatə etmədiyini bildirib: “Prezident İlham Əliyev tərəfindən imzalanmış Şəmkir şəhərinin içməli su və kanalizasiya layihəsinin davamı haqqında sərəncəm bütün şəhəri əhatə edəcək. Şəmkir sakinləri hər zaman cənab Prezident İlham Əliyevin diqqət və qayğısını hiss edib və hesab edirik ki, bu layihə ölkə başçısının yerli sakinlərə böyük hədiyyəsidir. İnanıram ki, bu layihənin icrası nəticəsində bütün şəhər əhalisinin içməli su problemi və kanalizasiya xətlərinin yaratdığı problemlər öz həllini tapacaq, sakinlər fasiləsiz və keyfiyyətli içməli su ilə təmin olunacaq”.
İclasda bildirilib ki, podratçı təşkilat “Akkord Sənaye Tikinti İnvestisya Korparasiyası” ASC ilə sifarişçi təşkilat “Azərsu” arasında 26 avqust 2011-ci ildə bağlanmış müqavilə əsasında Şəmkir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin ynidən qurulması işləri 2011-ci ilin noyabr ayında başlanışlmışdır. Həmin dövürdən indiyə qədər su və kanalizasiya xətləri çəkilmiş, lakin tamamlanmamış olaraq yarımçıq qalmışdır. Son bir neçə ildə heç bir iş görülməmişdir.
Şəmkir şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi 52000 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.
Layihə çərçivəsində Şəmkir şəhərinin kanalizasiya infrastrukturu da yenidən qurulacaq. Şəhərdə 22 km uzunluğunda kanalizasiya şəbəkəsi yaradılacaq, kanalizasiya quyuları tikiləcək, ev birləşmələri veriləcək.
Layihə üzrə tikinti-quraşdırma işlərinin 2018-ci ilin sonunda başa çatdırılması planlaşdırılır.