Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir: təbiətin, tarixin və bu günün harmoniyası

14 noyabr 2017 | 16:00

Şəmkir Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Şəmkir şəhərində növbəti ağacəkmə aksiyası keçirilib.

Aksiyanın açlışı şəhərin Milli Qəhrəman Mübariz İbrahimov küçəsində təşkil edilib və gün ərzində bütün Şəmkir şəhəri ərazisində davam etdirilib. Aksiyada şəhər ərazisinə 2400 ədəd cökə ağacı tingləri əkilib.

Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Aparatının və Şəmkir şəhər bələdiyyəsinin üzvləri, eləcə də Yeni Azərbaycan Partiyası rayon təşkilatının, “Böyük Yol” İctimai Birliyinin üzvləri olan fəal gənclərin iştirakı ilə həyata keçirilən aksiya zamanı yeni əkilən ağac tingləri suvarıldı və onlara aqrotexniki qaydada qulluq göstərildi.

 

Ağacəkmə kompanyasında iştirak edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov bildirib ki, bu aksiya təbiətin və ekoloji mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması istiqamətində çox mühüm əhəmiyyətə malikdir: “Bu layihə eyni zamanda yaşıllıq zolaqlarının genişlənməsi, ekoloji tarazlığının bərpası, ekoloji mühitinin sağlamlaşdırılmasının sürətlənməsi, eləcə də insanlar arasında ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin güclənməsinə böyük töhfədir. Bu gün əkilən hər bir ağac gələcək nəsillərə yadigar qalacaq, həm də Şəmkir şəhərində, ümumilikdə rayonda ekoloji tarazlığın qorunmasında vacib rol oynayacaq”.

Onu da qeyd edək ki, rayonunda ətraf mühitin mühafizəsinə və yaşıllıqların arıtırılmasına töhfə verən bu cür ağacəkmə kampaniyalarının davamlı olaraq keçirilməsi planlaşdırılır.

Keçidlər